Qəzzada humanitar yük daşıyan maşın aşıb, 20 nəfər ölüb
Şəfa Hüseynli
Qəzzada qaçqın düşərgəsi yaxınlığında humanitar yardım daşıyan yük maşınının qəzaya uğraması nəticəsində 20 nəfər həlak olub.
Bu barədə Operativ Media “Al Arabiya”ya istinadən xəbər verir.
Məlumata görə, humanitar yardım daşıyan yük maşını yerli sakinlərə yardım çatdırarkən aşıb. Nəticədə 20 nəfər həlak olub və onlarla insan yaralanıb.
Bildirilib ki, HƏMAS İsraili yük maşını sürücülərini humanitar yardımın çatdırılması üçün təhlükəsiz olmayan marşrutlar seçməyə məcbur etməkdə günahlandırıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net