Plastik kütlə və polietilen istehsalı artıb
Şəfa Hüseynli
Bu ilin yanvar-iyun aylarında ölkədə 154,9 min ton ilkin formada plastik kütlə istehsal olunub ki, bu da bir il öncəki göstəricini 9,3 faiz və ya 13,2 min ton üstələyib.
Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata görə, istehsal edilən plastik kütlədən 78,3 min tonu polietilenin payına düşüb. 2024-cü ilin ilk altı ayının göstəricisə nisbətdə polietilen istehsalı 10,9 faiz və ya 7,7 min ton artıb.
İyul ayının 1-nə hazır məhsul ehtiyatı plastik kütlə üzrə 32,1 min ton, polietilen üzrə isə 15,6 min ton təşkil edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net