Sunami Rusiyada zavodu tamamilə dağıdıb
Əsəd Abbaslı
Paramuşirdəki “Alaid” balıq zavodu sunami zamanı bütün avadanlıqlarını itirib və yaxın gələcəkdə fəaliyyətini davam etdirə bilməyəcək.
Operativ Media xəbər verir ki, bu barədə Severo-Kuril rayonu administrasiyasından bildirilib.
“Zavod hazırda fəaliyyət göstərmir və yaxın gələcəkdə fəaliyyətini davam etdirə bilməyəcək. Sunami bütün elektrik avadanlıqlarını, sıradan çıxarıb, bütün soyuducu avadanlıqlar, sexlərdəki konveyerlər yararsız hala düşüb”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, iyulun 30-da Kamçatkada baş verən güclü zəlzələ zamanı sunami yaranmışdı.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net