Bu ilin yanvar-iyun aylarında ölkədən 20,9 milyon ABŞ dolları dəyərində 29,5 min tondan çox şəkər ixrac edilib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.
Bildirilib ki, 2024-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə ixracın dəyəri 54,4 faiz və ya 7,3 milyon dollar, həcmi isə 66,2 faiz və ya 11,7 min ton artıb.
Cari ilin ilk 6 ayı ərzində şəkərin ümumi ixracda xüsusi çəkisi 0,16 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,2 faizə bərabər olub.
Teqlər:
"Cari ild\u0259 30 min tona yax\u0131n \u015f\u0259k\u0259r ixrac edilib"