Azərbaycan Yaxın Şərqdə turizm əlaqələrini genişləndirir
Şəfa Hüseynli
Azərbaycan sentyabrın 15-16-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək KBLT (Kingdom Business & Luxury Travel Congress) və oktyabrın 7-9-da İordaniyanın Aqaba şəhərində keçiriləcək DWP (Destination Wedding Planners Congress) turizm tədbirlərində iştirak edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat verib.
Bildirilib ki, 4-cü dəfə təşkil olunan KBLT qlobal liderləri və lüks brendləri Səudiyyə Ərəbistanının ən nüfuzlu müştəriləri ilə birləşdirən əsas platformadır. DWP isə 11-ci dəfə təşkil edilir. Ötən il bu tədbirə 70-dən çox ölkə qatılıb, iştirakçıların 98 %-i konqresi müsbət qiymətləndirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net