Azərbaycanın cüdo millisi EYOF-da Yunanıstan yığması ilə qarşılaşacaq
Əziz Əzizli
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında cüdo yarışları davam edir.
Operativ Media xəbər verir ki, sonuncu yarış günündə qarışıq komandaların mübarizəsi olacaq.
1/16 final
Azərbaycan – Yunanıstan
Qarışıq komanda yarışında ümumilikdə 6 çəki dərəcəsində (oğlanlar: -60 kq, -81 kq, +81 kq; qızlar: -48 kq, -63 kq, +63 kq) görüşlər təşkil olunacaq. Mübarizəyə 22 yığma (227 cüdoçu) qoşulacaq.
Qeyd edək ki, təsnifat görüşləri saat 11:00-dan, final bloku isə 18:00-dan etibarən start götürəcək
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net