Tokayev Qazaxıstan tarixində yeni bir dövrün başlanğıcını elan edib
Operativ Media
Qazaxıstanın yeni konstitusiyasının iyulun 1-də qüvvəyə minməsi respublikanın siyasi sisteminin yenidən qurulmasının əsasını qoydu və ölkə tarixində yeni bir eranın başlanğıcı oldu.
Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bəyan edib.
"Bu gün suveren Qazaxıstanın tarixində yeni era başlayır. Biz ardıcıl tərəqqi, siyasi və iqtisadi islahatlar, irimiqyaslı modernləşmənin magistral yoluna qədəm qoyuruq, - deyə dövlət başçısının mətbuat xidməti tərəfindən dərc olunan həmvətənlərinə müraciətində bildirilir.
“Bu gün siyasi sistemin köklü şəkildə yenidən qurulmasını, dövlətin və vətəndaş cəmiyyətinin əsas institutlarının transformasiyasını simvolizə edir".
Tokayev, həmçinin Qazaxıstan xalqını tarixi hadisə münasibətilə təbrik edərək qeyd edib ki, ölkə xalqı martın 15-də keçirilən referendumda yeni əsas qanunun lehinə səs verməklə, gələcək onilliklər üçün inkişaf üfüqlərini müəyyən edəcək taleyüklü seçim edib.
"Ümummilli həmrəyliyin sarsılmaz monoliti kimi birləşərək, biz mütləq dünya sivilizasiyasının zirvələrini fəth edəcək və ədalətli Qazaxıstanı -istisnasız olaraq bütün vətəndaşların bərabər imkanlar və hərtərəfli inkişaf dövlətini quracağıq", - deyə Qazaxıstan prezidenti vurğulayıb.
Qeyd edək ki, Qazaxıstanın yeni konstitusiyası iyulun 1-də qüvvəyə minib. Qüvvədən düşmüş əvvəlki konstitusiya 1995-ci ildən bəri fəaliyyət göstərirdi və 30 il ərzində ona bir neçə dəfə ciddi dəyişikliklər edilmişdi. Yeni konstitusiya birpalatalı parlamentə keçidi, vitse-prezident postunun yaradılmasını, məsləhətçi orqanların islahatını və digər yenilikləri nəzərdə tutur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net