İŞİD lideri və iki oğlu öldürülüb
Əsəd Abbaslı
ABŞ qüvvələri Suriyanın şimalında keçirdiyi reyd zamanı İŞİD-in liderlərindən birini öldürüb.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Məlumata görə, əməliyyat Suriyanın şimalındakı Əl-Bab şəhəri ərazisində həyata keçirilib. Qeyd olunur ki, reyd zamanı “İŞİD-in yüksək rütbəli lideri”, həmçinin qruplaşma ilə əlaqəli olan iki oğlu öldürülüb.
Qeyd olunub ki, onların hər üçü ABŞ, koalisiya qüvvələri və Suriyanın yeni hökuməti üçün təhlükə yaradırdı.
CENTCOM-un komandiri Maykl Kurilla açıqlamasında deyib: “Biz harada fəaliyyət göstərmələrindən asılı olmayaraq, İŞİD terrorçularını amansızlıqla təqib etməyə davam edəcəyik".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net