Rusiyalı nazir: Xəzərin səviyyəsində dəyişikliklərin proqnozunu verə biləcək effektiv model qurulmalıdır
Gozel Həşimova
Xəzəryanı dövlətlər 1990-cı illərdən dayazlaşan Xəzər dənizinin səviyyəsi ilə bağlı proqnoz yaratmaq üçün effektiv model qurmalıdırlar.
Operativ Media xəbər verir ki, bunu Beynəlxalq Ətraf Mühit Konfransı zamanı Rusiyanın təbii sərvətlər və ətraf mühit naziri Aleksandr Kozlov bildirib.
"Əvvəlki və indiki uzunmüddətli proqnozlar etibarsızdır. 1-3 il müddətinə qısamüddətli, 5-15 il müddətinə ortamüddətli, 20 il və daha çox müddətə isə uzunmüddətli proqnoz formalaşdırmaq lazımdır.Bütün Xəzəryanı dövlətlər dənizin səviyyəsində dəyişikliklərin proqnozunu verə biləcək effektiv model qurmalıdırlar", - deyə o qeyd edib.
Gözəl Azadəliyeva
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma