"Fənərbaxça" "Zenit"in futbolçusunu istəyir
Əziz Əzizli
“Fənərbaxça” “Zenit”in futbolçusu Vilmar Barriosla maraqlanır.
Operativ Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 31 yaşlı yarımmüdafiəçinin keçidini bu yay həll etmək niyyətindədir.
Hazırda “Fənərbaxça” rəsmiləri kolumbiyalının transferinin mümkünlüyünü qarşı tərəflə müzakirə edirlər. Rusiya klubu Barriosu 9 milyon avrodan aşağı satmaq fikrində deyil.
Onun “Zenit”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Kolumbiya millisinin üzvü 2019-cu ildən Sankt-Peterburq klubunun üzvüdür. O, əvvəllər “Deportes Tolima”, “Boka Xuniors”da oynayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net