Azərbaycanın daha dörd cüdoçusu EYOF-da mübarizəyə başlayır
Əziz Əzizli
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında cüdo yarışları davam edir.
Operativ Media xəbər verir ki, yarışın üçüncü günündə dörd çəki dərəcəsində dörd Azərbaycan cüdoçusu mübarizəyə qoşulacaq.
Qızlar
-57 kq, 1/16 final
Səmayə Yusifli – Konstans Dos Reys
-63 kq, 1/16 final
Ayan Əliyeva – Yuliya Pinter
Oğlanlar
-73 kq, 1/8 final
Məhəmməd Ağakişiyev – Antonio Stoyçeski / Tiqran Saruxanyan cütünün qalibi ilə
-81 kq, 1/8 final
Amin Mehdiyev – Nikola Petrov
Qeyd edək ki, təsnifat görüşləri 11:30-dan, final bloku 19:00-dan etibarən start götürəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net