"Sumqayıt" əlcəzairli müdafiəçi ilə gücləndi
Əziz Əzizli
2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçunun keçidini reallaşdırıb.
Operativ Media xəbər verir ki, "kimyaçılar" son mövsümü "Fakel" (Voronej, Rusiya) klubunda keçirmiş Rayan Senhadji ilə 2+1 illik müqavilə imzalayıb. 28 yaşlı əlcəzairli mərkəz müdafiəçisi "Sumqayıt" FK-da "72" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, "Sumqayıt" FK buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli və Aleksandr Ramalinqomu heyətinə qatıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net