Menyu

"Qarabağ" ciddi itki ilə üzləşdi

Əziz Əzizli
"Qarabağ" ciddi itki ilə üzləşdi

Bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Şimali İrlandiyanın "Şelburn" komandası ilə qarşılaşacaq "Qarabağ" ciddi itki ilə üzləşib. Azərbaycan təmsilçisinin monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç zədələnib.

Bu haqda klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Operativ Media-ya açıqlamasında bildirib.

" Marko Yankoviç Bakıda keçirilən son məşqdə zədələnib. "Şelburn"la ilk oyunda iştirak etməyəcək. Komanda ilə səfərə gətirilməyib".

Qeyd edək ki, "Qarabağ" saat 22:45-də səfərdə "Şelburn"la qarşılaşacaq.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər