Menyu

AMB iqtisadi artım proqnozlarını yeniləyib

Şəfa Hüseynli
AMB iqtisadi artım proqnozlarını yeniləyib

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkə iqtisadiyyatının 3 %, o cümlədən qeyri-neft-qaz iqtisadiyyatının 4,2 % böyüyəcəyini proqnozlaşdırır.

Operativ Media xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

Bu ilin aprel ayında qurum 2025-ci ildə iqtisadi artımın 3,3 %, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 4,7 % olacağını açıqlamışdı.

Bundan başqa, T.Kazımov deyib ki, AMB gələn il ölkə iqtisadiyyatının 2,2 %, o cümlədən qeyri-neft-qaz iqtisadiyyatının 4,3 % böyüyəcəyini proqnozlaşdırır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər