Menyu

Azərbaycanda süd məhsullarının istehsalı azalıb

Şəfa Hüseynli
Azərbaycanda süd məhsullarının istehsalı azalıb

Bu ilin I yarısında Azərbaycanda 4 min 979,6 ton qaymaq və xama istehsal edilib.

Operativ Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % azdır.

Hesabat dövründə ölkədə pendir və kəsmik istehsalı isə illik müqayisədə 3,7 % azalaraq 26 min 229,9 tona düşüb.

İyulun 1-nə respublikada 0,2 ton qaymaq və xama ehtiyatı, 77,6 ton isə pendir və kəsmik ehtiyatı yaranıb.

Xatırladaq ki, 6 ayda Azərbaycanda 2 milyard 628,5 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 12 % çoxdur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər