Azərbaycanda duru bitki yağı və marqarin ehtiyatı azalıb
Şəfa Hüseynli
Bu ilin I yarısında Azərbaycanda 20 min 187,1 ton duru bitki yağları istehsal edilib.
Operativ Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 % azdır.
Hesabat dövründə Azərbaycanda həmçinin 23 min 512,5 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 8,8 % azdır.
İyulun 1-nə ölkədə 4 min 592,2 ton duru bitki yağı, 4 min 359,8 ton isə marqarin ehtiyatı yaranıb. Bunlar, illik müqayisədə müvafiq olaraq 7,2 % və 42,7 % azdır.
Hesabat dövründə Azərbaycanda 2 milyard 628,5 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 12 % çoxdur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net