Azərbaycanın üç cüdoçusu EYOF-un ilk günündə mübarizəyə başlayır
Əziz Əzizli
Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində cüdo yarışları start götürəcək.
Operativ Media xəbər verir ki, ilk yarış günündə üç çəki dərəcəsində 3 Azərbaycan cüdoçusu tatamiyə çıxacaq.
Qızlar
-44 kq, 1/4 final
Gülşən Hüseynova – Sara Coni / Laura Sofi-Kunyik cütünün qalibi ilə
Oğlanlar
-50 kq, 1/8 final
Rza Xəlilli – Angel Radevski
-55 kq, 1/8 final
Rəsul Əlizadə – Nikita Tatarin / Riad Kasapi cütünün qalibi ilə
Qeyd edək ki, təsnifat görüşləri 14:30-dan, final bloku isə 19:00-dan etibarən start götürəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net