Menyu

Azərbaycanın qadın güləşçiləri Macarıstanda təlim-məşq toplanışı keçirlər

Əziz Əzizli
Azərbaycanın qadın güləşçiləri Macarıstanda təlim-məşq toplanışı keçirlər

Azərbaycanın qadın güləşçiləri Macarıstanın Tata şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılıblar.

Operativ Media xəbər verir ki, qadın güləşi üzrə 15 milli komandanın cəlb olunduğu hazırlıq prosesində yığmamızın üzvləri də iştirak edirlər.

Olimpiya Təlim-Məşq Bazasında təşkil edilən toplanışda baş məşqçi əvəzi Toğrul Əsgərovun rəhbərliyi altında Elnurə Məmmədova (53 kq), Günay Qurbanova (59 kq) və Ruzanna Məmmədova (62 kq) iştirak edir.

Qarşıdan gələn yarışlara hazırlıq xarakteri daşıyan toplanış iyulun 29-dək davam edəcək.

Qeyd edək ki, növbəti hazırlıq prosesinin də ölkə xaricində təşkili nəzərdə tutulub. Belə ki, U-20 millisinin üzvlərinin – Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadənin (72 kq) baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında avqustun 5-17-si aralığında Bolqarıstanın paytaxtı Sofiyada toplanış keçməsi planlaşdırılır. Komanda hazırlıq prosesini başa vurduqdan sonra eyni şəhərdə keçiriləcək U-20 dünya çempionatına qatılacaq

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər