Mərkəzi Bank növbəti dəfə uçot dərəcəsini sabit saxlaya bilər
Gozel Həşimova
Operativ Media bu barədə AMB-yə istinadən xəbər verir.
Mərkəzi Bank iyunun 11-də açıqladığı qərarda inflyasiyanın xarici mühitində qeyri-müəyyənliklərin azalmasının növbəti iclasda uçot dərəcəsinin azaldılması üçün zəmin yarada biləcəyini vurğulamışdı.
Analitiklər qeyd edirlər ki, bu, yumşalma istiqamətində açıq siqnaldır, lakin şərt kimi qeyri-müəyyənliyin azalmasını göstərilir. Bu isə uçot dərəcəsinin endiriləcəyinə tam zəmanət vermir. AMB bu iclasda uçot dərəcəsini dəyişməz saxlayacaq, lakin mətbuat konfransında daha açıq yumşalma siqnalları verilə bilər. Əgər avqust-sentyabr aylarında inflyasiyada azalma davam edərsə, oktyabrda ilk faiz endirimi baş tuta bilər.
Xatırladaq ki, Mərkəzi Bank 2024-cü ilin may ayından etibarən uçot faiz dərəcəsini sabit saxlayıb. Uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
Teqlər:
"M\u0259rk\u0259zi Bank n\u00f6vb\u0259ti d\u0259f\u0259 u\u00e7ot d\u0259r\u0259c\u0259sini sabit saxlaya bil\u0259r"