Menyu

Qubada cüdo məşqçiliyi ixtisası üzrə beynəlxalq təlim proqramına start verildi

Əziz Əzizli
Qubada cüdo məşqçiliyi ixtisası üzrə beynəlxalq təlim proqramına start verildi

Azərbaycan Cüdo Federasiyası (ACF), Azərbaycan İdman Akademiyası və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında imzalanmış üçtərəfli anlaşma memorandumuna əsasən Qubada cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələr üçün xüsusi proqramın nəzəri dərsləri başlayıb. 

Operativ Media xəbər verir ki, yerli cüdo mütəxəssislərindən Orxan Səfərov “Cüdo üzrə təlimatçının rolu və məsuliyyətləri”, britaniyalı ekspert Bob Çallis isə “Cüdoda sağlamlıq və təhlükəsizlik” mövzusunda seminarlar keçiblər. 

Proqram çərçivəsində Hertfordşir Universitetinin professoru Mayk Kallenin rəhbərliyi ilə praktiki cüdo dərsləri də keçirilir. 

Təşəbbüsün əsas məqsədi cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələrin beynəlxalq standartlara uyğun bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.

Qeyd edək ki, proqramda 60-dan artıq tələbə iştirak edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər