Azərbaycan idmançıları Universiadaya uğursuz başladı
Əziz Əzizli
Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında taekvondo yarışlarına start verilib.
Operativ Media xəbər verir ki, bu gün Azərbaycan millisinin 4 taekvondoçusu mübarizə aparıb.
Xıdır Məmmədov (54 kiloqram), Vaqif Hacıyev (68 kiloqram) və Leyla Bəşirova (57 kiloqram) ilk görüşlərində, Səlimə Quliyeva (46 kiloqram) isə 1/8 finalda məğlub olub.
Stolüstü tennis üzrə qarışıq qoşa yarışlarına qatılan Azərbaycan təmsilçiləri də öz görüşlərini məğlubiyyətlə başa vurublar.
Qeyd edək ki, Universiadaya iyulun 27-də yekun vurulacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net