Menyu

"Araz-Naxçıvan" "Trabzonspor"u məğlub etdi

Əziz Əzizli
"Araz-Naxçıvan" "Trabzonspor"u məğlub etdi

Təlim-məşq toplanışı çərçivəsində “Araz-Naxçıvan” “Trabzonspor”la qarşılaşıb.

Operativ Media xəbər verir ki, Super Liqa təmsilçisiylə görüş “qırmızı-ağlar”ın qələbəsi ilə yekunlaşıb – 3:2. Hesabı Çarles Boli açıb. Fasiləyə qədər rəqib status-kvonu bərpa edib. İkinci hissədə Bəxtiyar Həsənalızadə və Slavik Alxasovla daha 2 qol vuran komandamız Ərzurumdakı sonuncu yoxlama matçını qələbə ilə başa vurub. 

“Araz-Naxçıvan” iyulun 19-da Bakıya dönəcək və “Aris”lə oyunun hazırlığını paytaxtda davam etdirəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər