Menyu

“8-ci km Ticarət Mərkəzi”nin adı dəyişdirilib

Şəfa Hüseynli 1930 baxış
“8-ci km Ticarət Mərkəzi”nin adı dəyişdirilib

Bakının Nizami rayonunda yerləşən “8-ci km Ticarət Mərkəzi”nin adı dəyişdirilib.

Operativ Media İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bazar “Riko Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəçiliyinə verilib.

Ticarət Mərkəzi artıq bir müddətdir ki, fəaliyyətini “Riko” adı ilə davam etdirməyə başlayıb. 

Qeyd edək ki, “Riko Group” 2023-cü ilin oktyabrın 10-da 100 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Hüseynli Rəsul Rasim oğludur. MMC-nin hüquqi ünvanı “8-ci km Ticarət Mərkəzi” ilə eyni məkanda - paytaxtın Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 38 K ünvanında yerləşir. Xatırladaq ki, “8-ci km Ticarət Mərkəzi” MMC 2000-ci ildə yaradılıb və nizamnamə kapitalı 1 031 082 manat olub. MMC-yə qanuni təmsilçiliyi isə Məmmədov Rufat Qubad oğlu edib. 2023-cü ilin sonlarında “8-ci km Ticarət Mərkəzi” MMC (VÖEN -1600015371) ləğv olunduğunu elan edib və şirkət vergi ödəyicisi kimi ləğv olunub. Eyni zamanda həmin vaxt bazarın yeni adla fəaliyyət göstərəcəyi bildirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər