Qarğıdalının əkin sahəsi 23 faizdən çox artırılıb
Şəfa Hüseynli
Bu ilin yanvar-iyun aylarında ölkə üzrə 37 911,4 hektar sahədə qarğıdalı əkilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 23,2 faiz üstələyir.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Qeyd edilən dövrdə vələmirin əkin sahəsi 26,6 faiz artırılaraq 6 701,4 hektara, tütünün əkin sahəsi 15,9 faiz artırılaraq 3 070 hektara, şəkər çuğundurunun əkin sahəsi isə 6,6 faiz artırılaraq 7 274,6 hektara çatdırılıb.
Qeyd edək ki, ümumilikdə cari ilin ilk altı ayında ölkə üzrə yazlıq bitkilərin əkin sahəsi 371 520,5 hektar təşkil edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net