Menyu

Sumqayıt Kimya Sənaye Parkının rezidenti Yunanıstana məhsul ixracına başlayıb

Şəfa Hüseynli
Sumqayıt Kimya Sənaye Parkının rezidenti Yunanıstana məhsul ixracına başlayıb

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC tərəfindən ilk dəfə olaraq Yunanıstana iki başlı suvarma hidrantların ixracı həyata keçirilib.

Agentliyin  Operativ Media-ya verdiyi məlumata görə, şirkət tərəfindən bu ölkəyə birinci mərhələdə dəyəri 100 min manatdan çox məhsul göndərilib.

Qeyd edək ki, "Azertexnolayn" MMC 2013-cü ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və Parkın ərazisində müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı polietilen boruların istehsalını həyata keçirir.

Hazırda müəssisədə 60-dan çox çeşiddə məhsul istehsal olunur. Müəssisənin məhsulları daxili bazara satılmaqla yanaşı, dünyanın 25-dən çox ölkəsinə ixrac edilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər