Menyu

Bakı-Tbilisi-Ceyhan kəmərinin ixrac həcmləri açıqlanıb

Şəfa Hüseynli
Bakı-Tbilisi-Ceyhan kəmərinin ixrac həcmləri açıqlanıb

Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri istismara veriləndən 1 iyul 2025-ci il tarixinədək ümumi ixrac olunan Azərbaycan nefti həcmləri 612,2 milyon ton təşkil edib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR)  Operativ Media-ya verilən məlumata görə, bu həcmin 88 faizi BTC kəmərinin payına düşüb.

Qeyd edək ki, 13 iyul 2006-cı ildə “Əsrin müqaviləsi”nin əsas tərkib hissələrindən biri olan, Azərbaycan neftinin birbaşa dünya bazarlarına çıxışını təmin edən və ölkəmizin enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verən BTC əsas ixrac neft boru kəmərinin rəsmi açılış mərasimi Türkiyənin Ceyhan terminalında keçirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər