Menyu

Cenevrədə beynəlxalq tədbirdə Azərbaycanın rəqəmsal uğurları vurğulanıb

Nərmin Qocamanlı
Cenevrədə beynəlxalq tədbirdə Azərbaycanın rəqəmsal uğurları vurğulanıb

Cenevrədə keçirilən beynəlxalq tədbirdə Azərbaycanın rəqəmsal uğurlaarı vurğulanıb.

Operativ Media xəbər verir ki, bu barədə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında etdiyi paylaşımda bildirib.

"Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (WSIS)+20 Yüksək Səviyyəli Tədbir 2025” çərçivəsində təşkil edilən nazirlərin dəyirmi masasında iştirak etdik.

BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində Azərbaycanın doqquz pillə irəlilədiyini və elektron hökumətin çox sürətlə inkişaf etdiyi ölkə statusuna nail olduğunu, qlobal Kibertəhlükəsizlik İndeksində MDB ölkələri arasında birinci yerdə qərarlaşdığını diqqətə çatdırdıq. Region dövlətlərindən ilk dəfə məhz Azərbaycanın Milli Süni İntellekt Strategiyası hazırladığını bildirdik", - nazir qeyd edib.

Şəfa Hüseynli

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər