Tramp girovların azad edilməsinə çağırış edib
Əsəd Abbaslı
ABŞ prezidenti Donald Tramp Qəzza zolağında vəziyyətin nizamlanmasına və girovların azad edilməsinə çağırış edib.
Operativ Media xəbər verir ki, Tramp bu barədə Truth Social platformasında yazıb.
“Qəzza ilə bağlı razılaşma lazımdır, girovlar geri qaytarılmalıdır!!!” – deyə o yazıb.
Bundan əvvəl Tramp Qəzza sektorunda münaqişənin həllində əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirmişdi. Onun sözlərinə görə, ABŞ-nin İranda nüvə obyektlərinə endirdiyi zərbələr Qəzza anklavında saxlanılan girovların azad olunmasına təkan verə bilər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net