İsrailin müdafiə naziri İranla bağlı Fəaliyyət Planının hazırlanmasına göstəriş verib
Əziz Əzizli
İsrailin müdafiə naziri İsrael Katz 12 günlük müharibədən sonra İsrail Müdafiə Qüvvələrinə (IDF) hava üstünlüyünü qorumaq da daxil olmaqla, İrana qarşı fəaliyyət planı hazırlamağı tapşırıb.
Operativ Media xəbər verir ki, o, bu haqda “X” sosial şəbəkəsində yazıb:
“Mən İsrail ordusuna İrana qarşı güclü tədbirlər planı hazırlamağı tapşırmışam ki, bu plan İsrailin hava üstünlüyünü qorumaq, nüvə silahı və raket istehsalının qarşısını almaq və İsrail dövlətinə qarşı terror fəaliyyətini dəstəklədiyinə görə İrandan qisas almağı nəzərdə tutur.”
O, əlavə edib:
“Biz bu tip təhlükələrin qarşısını almaq üçün müntəzəm olaraq çalışacağıq".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net