ABŞ Çinlə nadir metallara dair sazişi təsdiqləyib
Əziz Əzizli
Vaşinqton Çinlə ticarətə dair sazişi təsdiqləyib.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial media hesabında məlumat versə də, təfərrüatı açıqlamayıb.
Ağ Evin məsul şəxsləri mediaya bildiriblər ki, Çinlə ticarət əlaqələrində ciddi irəliləyiş qeydə alınıb. Hər 2 tərəf nadir metalların ABŞ-a ixracının sürətləndirilməsinə dair sazişi ratifikasiya edib.
Qeyd olunub ki, iyunun ortalarında Londonda keçirilən ABŞ-Çin danışıqlarının əsas mövzusu nadir metallar olub. Çin bu maddələrin əsas istehsalçısıdır. ABŞ-ın raket, kosmik və elektronika sənayesi bu məhsullardan çox ciddi şəkildə asılıdır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net