Menyu

Mərdəkan və Şüvəlanda işıq olmayacaq

Əsəd Abbaslı
Mərdəkan və Şüvəlanda işıq olmayacaq

Bu gecə Bakının Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Operativ Media-ya “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 35/6 kV-luq 459 saylı yarımstansiyada təmir-təftiş işlərinin aparılması ilə əlaqədar iyunun 19-da bəzi ərazilərdə elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 03:00-dan saat 06:00-dək Mərdəkan və Şüvəlan qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Teqlər:

"M\u0259rd\u0259kan v\u0259 \u015e\u00fcv\u0259landa i\u015f\u0131q olmayacaq"

Əlaqəli Xəbərlər