Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində cari əməkdaşlıq perspektivləri müzakirə edilib
Nərmin Qocamanlı
İyunun 17-də elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Azərbaycan Respublikasında səfərdə olan Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Peşə və Texniki Təhsil Baş İdarəsinin müdiri Salih Kaygusuzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Elm və Təhsil Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, görüşdə həmçinin Ankara, İstanbul, İzmir və Bursa şəhərləri üzrə təhsil idarələrinin müdir və rəhbər şəxsləri iştirak ediblər.
Görüş çərçivəsində iki ölkə arasında peşə təhsili sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma