Menyu

Qaraçuxur qəsəbəsində narkotik maddə daşıyan şəxs saxlanılıb

Əziz Əzizli
Qaraçuxur qəsəbəsində narkotik maddə daşıyan şəxs saxlanılıb

Qaraçuxur qəsəbəsində narkokuryerlikdə şübhəli bilinən şəxsdən 3 kq marixuana aşkarlanıb.

Bu barədə Operativ Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən tədbir zamanı 38 yaşlı Tural Ələkbərov Qaraçuxur qəsəbəsi ərazisində saxlanılıb. Ondan 3 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanaraq götürülüb.

T.Ələkbərov narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Teqlər:

"Qara\u00e7uxur q\u0259s\u0259b\u0259sind\u0259 narkotik madd\u0259 da\u015f\u0131yan \u015f\u0259xs saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər