Ana səhifə / Ölkə / Bəzi yollarda tıxac müşahidə olunur - SİYAHI Bəzi yollarda tıxac müşahidə olunur - SİYAHI 17.06.2025, 08:24 Nərmin Qocamanlı Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. Operativ Media xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər); 2. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində; 3. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 5. Qara Qarayev prospekti, "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metrostansiyası istiqamətində; 6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 7. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur. Teqlər: "B\u0259zi yollarda t\u0131xac m\u00fc\u015fahid\u0259 olunur - S\u0130YAHI"