Məlumata görə, müqavilə tərəflərə birgə uçuşlar həyata keçirmək, tərəfdaşın reyslərində öz kodları ilə bilet satmaq və sərnişinlərə daha geniş marşrut və seçim təqdim etmək imkanı verir.
Yeni əməkdaşlıq sərnişinlərə Bakı və Daşkənd arasında səyahətlərini planlaşdırarkən daha çox rahatlıq təqdim edir. İndi səyahətçilər hər iki aviaşirkətin həyata keçirdiyi həftədə 9 uçuş arasında ən uyğun variantı seçə bilərlər.
Həmçinin müqavilə tranzit sərnişinlər üçün imkanları genişləndirir, Bakı və Daşkənddəki hava limanları vasitəsilə daha rahat bağlantılar ilə beynəlxalq marşrutlara çıxışı asanlaşdırır.
Bundan əlavə, “Uzbekistan Airways” aviaşirkətinin sərnişinləri Özbəkistanın ikinci mühüm turizm və mədəniyyət mərkəzindən komfortlu və rahat uçuşlar üçün "Azərbaycan Hava Yolları"nın Bakı–Səmərqənd–Bakı marşrutunda təqdim etdiyi imkanlardan yararlana biləcəklər.
Teqlər:
"AZAL v\u0259 \u201c\u00d6zb\u0259kistan Hava Yollar\u0131\" yeni kod-\u015ferinq m\u00fcqavil\u0259si imzalay\u0131b"