Menyu

İsrailə məxsus iki qırıcı və PUA-lar vurulub - YENİLƏNİB

Əsəd Abbaslı
İsrailə məxsus iki qırıcı və PUA-lar vurulub - YENİLƏNİB

İran Silahlı Qüvvələri İsrailə məxsus iki F-16 qırıcı təyyarəsinin və bir neçə pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini təsdiqləyib.

Operativ Media xəbər verir ki, bu barədə İran ordusunun rəsmi nümayəndəsi açıqlama verib.

22:00

İran hava hücumundan müdafiə qüvvələri İsrailə məxsus qırıcı təyyarəni vurub.

Operativ Media xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Qeyd olunur ki, qarşıdurma zamanı İran tərəfi İsrailin bir neçə raketini və pilotsuz uçuş aparatlarını vurub.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb.

İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə müəssisəsinin məhv edildiyini təsdiqləyib.

Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, Ali Rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə daxil olmaqla iyirmi yüksək rütbəli zabit və altı nüvə fizikası mütəxəssisi həlak olub. Ümumilikdə isə, onlarla şəxsin həlak olduğu, yüzlərlə şəxsin isə yaralandığı bildirilir.

İran Prezidenti Məsud Pezeşkian və Ali Rəhbər Əli Xamanei İranın İsrailə cavab zərbəsi endirəcəyini bəyan edib.

Teqlər:

"\u0130srail\u0259 m\u0259xsus iki q\u0131r\u0131c\u0131 v\u0259 PUA-lar vurulub - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər