Gürcüstan baş nazirinin qazancı açıqlanıb
Əsəd Abbaslı
Gürcüstanın baş naziri İrakli Kobaxidze 2024-cü ildə 63 min lari (23 min dollar) qazanıb.
Operativ Media xəbər verir ki, İrakli Kobaxidze ən çox pulu baş nazir (40,2 min lari), daha 16,6 min lari Tbilisi Dövlət Universitetinin professoru, daha 6,3 min lari isə parlament çoxluğunun lideri kimi alıb.
Kobaxidzenin 157,8 kvadratmetrlik mənzili, həmçinin Tbilisidə 2016-cı ildə hədiyyə aldığı qarajı var.
Baş nazirin bank hesablarında əmanətləri 45 min dollar və 20,3 min lari (7,4 min dollar) təşkil edib.
Baş nazir övladlarının təhsili üçün 38,3 min lari (14 min dollar) xərcləyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net