Menyu

Los-Ancelesdə talançılar federal qanunla cəzalanacaq

Əsəd Abbaslı
Los-Ancelesdə talançılar federal qanunla cəzalanacaq

Los-Ancelesdə baş verən talançılıq və mağaza qarətləri ilə bağlı hüquq-mühafizə orqanları daha sərt tədbirlər görəcək.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin Baş prokurorluğu məlumat yayıb.

Baş prokurorluq bu cür halların artıq cəzasız qalmayacağını vurğulayıb:

“Əgər siz Kaliforniyada bir biznesi qarət etsəniz, biz sizə Hobbs Qanunu əsasında qarət ittihamı irəli sürəcəyik. Talançılığın cəzasız qaldığı günlər geridə qaldı,” – deyə bildirilib.

Hobbs Qanunu, ştatlararası ticarətə mane olmaq və ya bu ticarətə zorakı müdaxilə halları üçün tətbiq olunur və 20 ilə qədər həbs cəzası nəzərdə tutur. Bu o deməkdir ki, küçə qarətləri və kütləvi talan hadisələri artıq sıravi cinayət kimi deyil, federal cinayət kimi qiymətləndiriləcək.

Bu addım, xüsusilə Kaliforniyada son dövrlərdə artan kütləvi mağaza qarətləri fonunda hüquqi tədbirlərin sərtləşdirilməsi cəhdi kimi dəyərləndirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər