ABŞ-nin daha bir şəhərində etiraz aksiyası başlayıb
Əsəd Abbaslı
ABŞ-nin Boston şəhərində də etiraz aksiyası keçirilib.
Operativ Media-nın məlumatına görə, yüzlərlə insan Los-Ancelesdə Milli Qvardiya əsgərlərinin yerləşdirilməsinə və Həmkarlar İttifaqının lideri David Huertanın saxlanmasına etiraz etmək üçün Boston şəhərində meriyanın meydanına toplaşıblar.
İnsanlar əllərində “Massaçusets Los-Ancelesdəki qonşularımızla birlikdədir” və “İmmiqrant qonşularımızı qoruyun” sözləri yazılmış lövhələr tutublar.
Etirazçılar aksiyaları dayandırmaq üçün Trampı hərbçilərin yerləşdirilməsi planlarınından əl çəkməyə çağırıblar.
Teqlər:
"AB\u015e-nin daha bir \u015f\u0259h\u0259rind\u0259 etiraz aksiyas\u0131 ba\u015flay\u0131b"