Menyu

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Nərmin Qocamanlı
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 05.06.2025-ci il tarixində yerli vaxtla saat 16:02-də Şamaxı rayonu ərazisində 7 km dərinlikdə 3.7 maqnituda və 16:04-də 4 km dərinlikdə 3.1 maqnituda zəlzələlər qeydə alınıb.

FHN Mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Teqlər:

"FHN: Z\u0259lz\u0259l\u0259 n\u0259tic\u0259sind\u0259 h\u0259r hans\u0131 da\u011f\u0131nt\u0131 v\u0259 ya insan x\u0259sar\u0259ti bar\u0259d\u0259 m\u0259lumat daxil olmay\u0131b"

Əlaqəli Xəbərlər