Milli Məclisə “Qaz təchizatı haqqında” yeni qanun layihəsi daxil olub
“Qaz təchizatı haqqında” yeni qanun layihəsi Milli Məclisə daxil olub.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov komitənin “İstilik təchizatı haqqında” qanun layihəsi ilə əlaqədar ictimai dinləməsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yeni qanun xidmətin keyfiyyətinin artırılmasına, sosial obyektlərin və yaşayış fondunun fasiləsiz istiliklə təmin edilməsinə, ətraf mühitə təsirin azaldılmasına, enerji effektiliyinin artırılmasına, dövlət və özəl sektor arasında funksional tərəfdaşlıq modelinin qurulmasına, innovasiya və rəqəmsallaşma imkanlarının genişləndirilməsinə, "ağıllı sayğacl"və uçot sisteminin qurulmasına imkan verəcək.
Teqlər:
"Milli M\u0259clis\u0259 \u201cQaz t\u0259chizat\u0131 haqq\u0131nda\u201d yeni qanun layih\u0259si daxil olub"