Menyu

XRİTDX “CyCon 2025” – da iştirak edir

XRİTDX “CyCon 2025” – da iştirak edir

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndə heyəti 27-30 may 2025-ci il tarixlərində Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən kibermünaqişələr üzrə 17-ci beynəlxalq konfransda “CyCon 2025” iştirak edir. Tədbir NATO-nun Birgə Kibermüdafiə Mükəmməllik Mərkəzinin təşkilatçılığı ilə baş tutur.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) məlumat yayıb.

“CyCon 2025” tədbirində “Kibermüharibə”, “Kiberhücumlardan müdafiə üzrə yanıltma taktikaları”, “Kiberməkanda beynəlxalq qaydaların tətbiqi”, “Transsərhəd kontekstdə kiberinsidentlərə cavab”, “Müasir kibermünaqişələrdən müdafiənin təmin olunmasında “OSINT” (açıq mənbə kəşfiyyatı) texnologiyasından istifadə, “Silahlı münaqişələrdə süni intellektdən istifadə”, “Qlobal həllərin verdiyi imkanlardan sui-istifadə” kimi müxtəlif mövzuları əhatə edən texniki sessiyalar, panel müzakirələri və interaktiv seminarlar təşkil olunmuşdur. Tədbirdə 55 ölkədən 650-dən artıq nümayəndə, o cümlədən dövlət rəsmiləri, ekspertlər, akademik dairələr və elmi-tədqiqat institutlarının nümayəndələrini və nüfuzlu brendləri iştirak etmişdir.

XRİTDX-nin nümayəndə heyəti tədbir çərçivəsində NATO-nun Birgə Kibermüdafiə Mükəmməllik Mərkəzi tərəfindən rəhbər şəxslər üçün təşkil edilmiş “Strateji kibermüharibə simulyasiyaları” təlimindəiştirak etmişdir.

Tədbir çərçivəsində XRİTDX-nin əməkdaşları ilə NATO-nun Birgə Kibermüdafiə Mükəmməllik Mərkəzinin bir sıra nümayəndələri və yerli kibertəhlükəsizlik şirkətləri arasında görüşlər keçirilmişdir. Görüşlərdə cari ilin 9-10 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək “CIDC-2025” tədbiri, habelə kiberdiplomatiya, kibertəhlükəsizlik sahəsində təlimlərin təşkili və digər məsələlər üzrə əməkdaşlıq perspektivləri müzakirə edilmiş fikir mübadiləsi aparılmışdır.

Teqlər:

"XR\u0130TDX \u201cCyCon 2025\u201d \u2013 da i\u015ftirak edir"

Əlaqəli Xəbərlər