Menyu

Qəzzada 400 min fələstinli səhiyyə xidmətlərindən məhrum olub

Qəzzada 400 min fələstinli səhiyyə xidmətlərindən məhrum olub

İsrailin hücumları səbəbiylə Qəzza zolağının şimalında fəaliyyət göstərən son sağlamlıq müəssisəsi olan Əl-Avda xəstəxanasının fəaliyyət göstərə bilməməsi nəticəsində təxminən 400 min fələstinli səhiyyə xidmətlərindən məhrum olub.

Operativ Media xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş məlumat verib.

Zolaqda xidmət göstərən özəl səhiyyə müəssisələrindən biri olan Əl-Avda Xəstəxanasının biri Qəzzanın mərkəzi hissəsində, digəri isə şimalda Cibaliya Qaçqınlar Düşərgəsində olmaqla iki şöbəsi var.

İsrailin blokadasına və davam edən hücumlarına baxmayaraq, xəstəxana məhdud imkanlarla da olsa, xəstə və yaralılara sağlamlıq xidmətləri göstərməyə davam edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər