Menyu

Peskov: İstanbulda danışıqlar aparmaq təklifimizə Ukraynadan cavab almamışıq

Peskov: İstanbulda danışıqlar aparmaq təklifimizə Ukraynadan cavab almamışıq

Kremlin sözçüsü Dmitri Peskov iyunun 2-də İstanbulda danışıqların yeni mərhələsinin keçirilməsi təklifinə Ukraynadan hələlik cavab almadıqlarını bildirib.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Peskov qeyd edib: “İkinci tur üçün 2 iyun bazar ertəsi İstanbulda görüşməyi təklif etdik.Onlardan cavab gözləmək və özümüzü buna uyğun istiqamətləndirmək lazımdır. Hələ ki, bildiyimə görə, Ukrayna tərəfdən heç bir cavab gəlməyib".

Peskov Ukraynanın mümkün atəşkəslə bağlı Rusiyanın hazırladığı memorandumun təcili tələbini dəyərləndirərək, bunun konstruktiv yanaşma olmadığını bildirib.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər