Lavrov: Rusiya və Ukrayna arasında ikinci danışıqların raundu İstanbulda keçiriləcək
Əsəd Abbaslı
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında ikinci danışıqlar raundu 2 iyun tarixində İstanbulda baş tutacaq.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirib.
Nazirin sözlərinə görə, Rusiya tərəfi Vladimir Medinskiyin rəhbərliyi ilə görüş zamanı Ukrayna nümayəndə heyətinə rəsmi memorandum təqdim etməyə hazırdır.
Danışıqların əsas məqsədi münaqişənin həlli yollarını müzakirə etmək və tərəflər arasında razılaşmaya nail olmaqdır.
Qeyd edək ki, Qərb ölkələri Ukrayna ilə bağlı danışıqların Vatikan və Cenevrədə keçirilməsini təklif ediblər. Lakin rəsmi Moskva bu təkliflərə qarşı çıxıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net