Lavrov: Berlin yenə tarixi səhvləri təkrarlayır
Əsəd Abbaslı
Almaniyanın addımı müharibəyə açıq müdaxilədir.
Operativ Media xəbər verir ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Almaniyanın Ukraynaya uzaqmənzilli raketlərdən istifadə üçün qoyduğu məhdudiyyətləri aradan qaldırması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Onun sözlərinə görə, Rusiya bu informasiyanı yoxlayacaq.
Lavrov Almaniyanın bu addımını ölkənin Rusiya ilə müharibəyə birbaşa qoşulması kimi dəyərləndirib.
Nazir Almaniyanın tarixdən dərs almadığını vurğulayaraq bildirib ki, rəsmi Berlin yenidən keçmişdə olduğu kimi özünü fəlakətə aparan yolla irəliləyir.
Lavrovun sözlərinə görə, bu, Almaniyanın siyasi məsuliyyətsizliyini və regionda gərginliyin artmasına töhfə verdiyini göstərir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net