Menyu

Zelenski: Hərbi silah və texnikanı özümüz istehsal etməliyik

Əsəd Abbaslı
Zelenski: Hərbi silah və texnikanı özümüz istehsal etməliyik

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin hərbi rəhbərliyi ilə görüş keçirib.

Operativ Media xəbər verir ki, bu barədə Kiyev rəhbəri öz sosial şəbəkə hesabında yazıb.

Görüşdə Ali Baş komandan Oleksandr Sırski, Baş Qərargah rəisi Andrey Qnatov, Müdafiə naziri Rustem Umerov iştirak edib.

V.Zelenki hərbi strategiya və Rusiya hücumlarına qarşı preventiv addımlar barədə məsləhətləşmələrin keçirildiyini bildirib.

O, pilotsuz təyyarələrin və raketlərin artırılmasının zəruri olduğunu qeyd edib.

Prezident yazıb: "Yüzlərlə Ukrayna şirkəti artıq orduya dəstək verir və və bu dəstək getdikcə artacaq – buna əminəm. İndi biz sahibkarlıq gücünü maksimum dərəcədə silah istehsalına cəlb edirik. Ukrayna istehsalına sərmayələr üçün yaxın gələcəkdə Avropadakı tərəfdaşlarımızla yeni müqavilələr hazırlayırıq".

O bildirib: "Əlbəttə, biz açıq şəkildə mövcud planlarımız və ya imkanlarımız haqqında danışa bilmərik, lakin perspektiv aydındır: Rusiyanın bütün təhdid və çağırışlarına güzgü effekti ilə cavab vermək. Onlar orada, Rusiyada Ukraynaya qarşı etdiklərinin nəticələrini aydın hiss etməlidirlər. Zərbə pilotsuz təyyarələri, ələ keçirən qurğular, qanadlı raketlər və Ukrayna ballistikası əsas elementlərdir. Hər şeyi özümüz istehsal etməliyik".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər