Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Laçın şəhərinə səfər edib, burada görülən işlərlə tanış olub və sakinlərlə görüşərək onlarla söhbət edib.
Bildirilir ki, Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşəcək və iki hissədən ibarət olacaq.
Kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr olacaq, hərəkət müddəti 6 dəqiqə təşkil edəcək.
Ümumilikdə 17 kabinə ibarət kanat yolu saatda 800 sərnişinə xidmət edə biləcək. Kanat yolunun yerləşdiyi, uzunluğu 2 kilometrə yaxın olan Bulvar ərazisi bu gün həm yerli sakinlərin, həm də turistlərin sevimli məkanlarından biridir.
Qeyd edək ki, işğaldan azad olunduqdan sonra qısa zamanda bərpa edilən Laçında çox mühüm sosial-infrastruktur layihələri həyata keçirilməkdədir.
Bu xüsusda Laçında turizm infrastrukturuna xüsusi diqqət yetirilir.