Menyu

Seçki məntəqələrində daimi seçici siyahıları yenidən hazırlanacaq

Əsəd Abbaslı
Seçki məntəqələrində daimi seçici siyahıları yenidən hazırlanacaq

Seçki Məcəlləsinin 46-cı maddəsinin tələblərinə əsasən hər bir seçki məntəqəsi üzrə seçicilərin daimi siyahısı məntəqə və dairə seçki komissiyaları tərəfindən yenidən tərtib ediləcək.

Mərkəzi Seçki Komissiyasından Operativ Media-ya verilən məlumata görə, daimi seçici siyahılarına müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil edilir.

Azərbaycan Respublikası üzrə seçicilərin siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilir.

Seçicilərin daimi siyahısı dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla təsdiq edildikdən sonra Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdiriləcək.

Teqlər:

"Se\u00e7ki m\u0259nt\u0259q\u0259l\u0259rind\u0259 daimi se\u00e7ici siyah\u0131lar\u0131 yenid\u0259n haz\u0131rlanacaq"

Əlaqəli Xəbərlər