Ana səhifə / Ölkə / Naxçıvan-Şahbuz yolunda qəza baş verib Naxçıvan-Şahbuz yolunda qəza baş verib 26.05.2025, 19:00 Əsəd Abbaslı Naxçıvan-Şahbuz magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib. Operativ Media xəbər verir ki, hadisə yolun Babək rayonu Uzunoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 75-BD-090 dövlət nömrə nişanlı, "VAZ 2103" markalı avtomobillə 67-BH-202 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil toqquşub. Qəzada 3 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. Teqlər: "Nax\u00e7\u0131van-\u015eahbuz yolunda q\u0259za ba\u015f verib"
01.03.2026, 12:39 İrandan 5 Tacikistan vətəndaşı, Səudiyyə Ərəbistanının diplomatları Azərbaycana təxliyə edilib